Ermənistan hərbçiləri Hindistanda “Akash” təlimi keçib
Ermənistan hərbçiləri Hindistanda “Akash” hava hücumundan müdafiə sistemi üzrə hazırlıq keçiblər.
Crossmedia.az xəbər verir ki, “Indian Defence Times” bu barədə məlumat yayıb.
Təlim zamanı hərbçilərə kompleksin idarə edilməsi, texniki xidməti və döyüş şəraitində istifadəsi ilə bağlı bacarıqlar öyrədilib.
Əldə olunan biliklərin Ermənistanda keçiriləcək səhra təlimləri zamanı möhkəmləndiriləcəyi bildirilib.
22:08 25.09.2026
Oxunuş sayı: 36