Tramp Usikdən ukraynalılarla rusların fərqini soruşub: cavabı diqqət çəkib
ABŞ Prezidenti Donald Trampın ukraynalı boksçu Aleksandr Usiklə görüşünün onun Ukraynaya münasibətinin daha müsbət istiqamətdə dəyişməsinə təsir edən amillərdən biri olduğu bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Qəzetin yazdığına görə, Tramp və Usik ötən ay Ağ Evdə keçirilən görüş zamanı əfsanəvi boksçu Məhəmməd Əliyə olan maraqları səbəbindən yaxınlaşıblar. Qeyd olunur ki, Usik Trampa imzalı boks əlcəyi hədiyyə edib və ukraynalıların “mübarizlər və qaliblər” olduğunu bildirib.
Boksçu görüş zamanı ingilis dilində ailəsinin Kiyevdə atəşə tutularkən gizlənmək məcburiyyətində qalmasından da danışıb.
Məlumata görə, görüş zamanı Tramp Usikdən ukraynalılarla ruslar arasındakı fərqin nədən ibarət olduğunu soruşub. Usik isə başını və ürəyini göstərərək fərqin məhz bunda olduğunu deyib.
17:41 28.07.2026
Oxunuş sayı: 60