Yaponiya silahlanmanı gücləndirir: Müdafiə büdcəsində REKORD
Yaponiya müdafiə xərclərini artıraraq uzun illər davam edən pasifist siyasətindən uzaqlaşır.
Crossmedia.az xəbər verir ki, ölkənin müdafiə büdcəsi ilk dəfə 9 trilyon yeni keçib. Tokio həmçinin müdafiə xərclərini ÜDM-in 2 faizinə çatdırmaq istiqamətində səylərini sürətləndirir.
İkinci Dünya müharibəsindən sonra pasifizm Yaponiyanın dövlət modelinin əsas xüsusiyyətlərindən biri olub. Lakin son illərdə Tokio raket imkanlarını, hərbi donanmasını, hava hücumundan müdafiə sistemlərini, pilotsuz vasitələri və uzaqmənzilli zərbə imkanlarını genişləndirir.
Bu siyasətin əsas səbəblərindən biri Şərqi Asiyada təhlükəsizlik vəziyyətinin dəyişməsidir. Çin və Tayvan ətrafındakı gərginlik, eləcə də regionda hərbi imkanların sürətlə artırılması Yaponiya hökumətini uzun illər qüvvədə olan məhdudiyyətlərə yenidən baxmağa vadar edir.
Beləliklə, Yaponiya hərbi gücdən çəkinən ölkə modelindən uzaqlaşaraq Asiyanın əsas hərbi aktorlarından birinə çevrilmək istiqamətində irəliləyir.
17:48 14.09.2026
Oxunuş sayı: 54