ABŞ senatoru Rusiya neftini alan ölkələrə qarşı sanksiyalar tələb edib
ABŞ senatoru Ted Badd Rusiya neftini idxal edən ölkələrə qarşı sanksiyaların tətbiqinə çağırış edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Senator bildirib ki, neft hələ də “Rusiya hərbi maşınının qan dövranı sistemi” olaraq qalır.
Onun sözlərinə görə, ABŞ Senatında Rusiya neftinin ən böyük idxalçılarına qarşı sanksiyaların tətbiqini nəzərdə tutan ikipartiyalı qanun layihəsi irəli sürülür.
14:49 28.07.2026
Oxunuş sayı: 48