Endi Bernhem Böyük Britaniyanın parçalanmasına qarşı çıxıb
Böyük Britaniyanın Baş naziri Endi Bernhem Uels, Şotlandiya və Şimali İrlandiyanın ölkədən ayrılması ilə bağlı referendumların keçirilməsini dəstəkləmir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Hökumət nümayəndəsinin sözlərinə görə, Bernhem ölkənin birliyinin qorunmasının tərəfdarıdır və yeni konstitusion müzakirələr əvəzinə iqtisadi və sosial məsələlərə diqqət yetirmək niyyətindədir.
Londonda hesab edirlər ki, Böyük Britaniya ümumi problemlərin həllində birgə fəaliyyət göstərdikdə daha effektiv nəticə əldə edir.
18:54 14.09.2026
Oxunuş sayı: 55