Makron Türkiyəyə təşəkkür edib
Fransa Prezidenti Emmanuel Makron meşə yanğınları ilə mübarizədə göstərdiyi dəstəyə görə Türkiyəyə təşəkkür edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Makron sosial şəbəkədə Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklının paylaşımını yenidən yayımlayaraq, "Təşəkkürlər, Türkiyə!" sözlərini yazıb.
Bundan əvvəl nazir İbrahim Yumaklı bildirib ki, İspaniyadan sonra iki Türkiyə yanğınsöndürmə təyyarəsi Fransadakı genişmiqyaslı meşə yanğınlarının söndürülməsinə kömək etmək üçün bu ölkəyə yola salınıb. Onun sözlərinə görə, Türkiyə Avropa ölkələrinə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında dəstəyini davam etdirir.
14:22 28.07.2026
Oxunuş sayı: 59