Belqorodda sərnişin avtobusuna hücum: 19 nəfər yaralandı
Rusiyanın Belqorod vilayətinin Şebekino şəhərində sərnişin avtobusuna Ukrayna tərəfindən həyata keçirilən hücum nəticəsində 19 nəfər xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Məlumata görə, yaralılardan altısının vəziyyəti ağırdır.
Vilayət qubernatorunun səlahiyyətlərini müvəqqəti icra edən şəxsin sözlərinə görə, hücum nəticəsində sərnişin avtobusu, yük avtomobili və minik maşınına da ziyan dəyib.
12:44 28.07.2026
Oxunuş sayı: 43