ABŞ Konqresi FİFA prezidenti İnfantino ilə bağlı araşdırma başladıb
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Ceymi Raskin FİFA prezidenti Canni İnfantinonun Donald Tramp administrasiyası ilə əlaqələrinin araşdırılmasını tələb edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Raskin İnfantinonun Tramp administrasiyası və onun andiçmə komitəsi ilə bütün yazışmalarının, o cümlədən "Signal", "Telegram", "WhatsApp", "X" və "Truth Social" platformalarındakı mesajların saxlanılmasını və araşdırmaya təqdim edilməsini istəyib.
12:27 28.07.2026
Oxunuş sayı: 53