İran ABŞ ilə danışıqlar üçün şərtlərinin qəbul edilməsini tələb edir
İran ABŞ ilə Tehranın irəli sürdüyü şərtlər qəbul edilməyənədək danışıqlar aparmaq niyyətində deyil.
Crossmedia.az xəbər verir ki, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət komitəsinin sədri İbrahim Əzizi bu barədə “X” sosial şəbəkəsində yazıb.
Əzizi bildirib ki, İranın şərtləri qəbul edilməyənədək ABŞ ilə danışıqların aparılması mənasızdır.
“Danışıqlar olmayacaq. İranın şərtləri qəbul edilənədək danışıqların mənası yoxdur”, – deyə o qeyd edib.
14:45 12.09.2026
Oxunuş sayı: 50