Bolqarıstanda EMCO-nun sursat anbarında yenidən yanğın baş verib
Bolqarıstanın Qabrovo vilayətində silah istehsalçısı “EMCO” şirkətinə məxsus sursat anbarında yanğın baş verib və ardınca partlayışlar qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, yerli KİV bu barədə məlumat yayıb.
Məlumata görə, yanğından sonra ərazidə bir sıra partlayışlar baş verib. Alov daha iki obyektə keçib.
Ərazidə ümumilikdə 11 anbarın olduğu bildirilir. Hadisə zamanı anbarlarda heç kim olmayıb. İki mühafizəçi isə ərazini vaxtında tərk edə bilib.
Qeyd edək ki, “EMCO” şirkətinin sursat anbarında son dövrlərdə baş verən bu, ikinci belə hadisədir.
14:36 12.09.2026
Oxunuş sayı: 44