Bakı-Qazax yolunda qəza: Sərnişin hadisə yerində öldü
Bakı-Qazax yolunda baş verən ağır yol qəzasında bir nəfər həyatını itirib.
Crossmedia.az xəbər verir ki, hadisə zamanı “Mercedes Vito” markalı mikroavtobus eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı yük maşını ilə toqquşub.
Qəza nəticəsində sərnişin Sayad Qasımova hadisə yerində dünyasını dəyişib.
Dövlət Yol Polisi sürücülərə ötmə və digər təhlükəsizlik qaydalarına ciddi əməl etmələri ilə bağlı çağırış edib.
13:29 12.09.2026
Oxunuş sayı: 46