Gürcüstan İRANLA YAXINLAŞIR: Tbilisi Qərbdən üz döndərmir
“The National Interest” Gürcüstanın son illərdə İranla münasibətlərini əhəmiyyətli dərəcədə gücləndirdiyini, lakin bunun Tbilisinin Qərbdən uzaqlaşması anlamına gəlmədiyini yazıb.
Crossmedia.az xəbər verir ki, nəşrin qiymətləndirməsinə görə, Gürcüstanın xarici siyasətini daha çox manevr siyasəti kimi xarakterizə etmək olar. Tbilisi ABŞ və digər Qərb tərəfdaşları ilə münasibətlərini qorumaqla yanaşı, İranla əlaqələrini genişləndirməyə və xarici siyasət imkanlarını artırmağa çalışır.
Mövzu ABŞ Maliyyə Nazirliyinin Gürcüstanda qeydiyyatdan keçmiş “SHPS Shelbit” şirkətinə qarşı sanksiya tətbiq etməsindən sonra yenidən gündəmə gəlib.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, şirkət SEPAH və digər İran qurumları ilə əlaqəli rəqəmsal aktivlərin dövriyyəsində iştirak edib. Nazirlik “Shelbit” vasitəsilə SEPAH-a məxsus kriptovalyuta ünvanlarına 2 milyon dollardan çox vəsait köçürüldüyünü bildirib.
Bununla yanaşı, “The National Interest” Gürcüstanın İranla əlaqələri genişləndirməsini Qərb tərəfdaşlarından tam imtina kimi qiymətləndirmir. Nəşrə görə, Tbilisi müxtəlif tərəflərlə münasibətləri paralel şəkildə inkişaf etdirməklə öz xarici siyasət imkanlarını genişləndirməyə çalışır.
13:03 12.09.2026
Oxunuş sayı: 54