Rusiya Ukraynada yanacaqdoldurma məntəqələrinə zərbələr endirib
Rusiya ordusunun Ukraynanın Rivne və Jitomir vilayətlərində yanacaqdoldurma məntəqələrinə zərbələr endirdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, yerli “Telegram” kanalları bu barədə məlumat yayıb.
Məlumata görə, Rivne vilayətində yanacaqdoldurma məntəqələrindən birinə zərbə endirilib.
Həmçinin Jitomir vilayətində yanacaqdoldurma məntəqəsinə zərbə endirilməsi barədə məlumat yayılıb.
Zərbələrin nəticələri və mümkün xəsarət alanlarla bağlı məlumatların dəqiqləşdirildiyi bildirilir.
14:43 12.09.2026
Oxunuş sayı: 43