Rusiya ABŞ-də keçiriləcək G20 toplantısına DƏVƏT EDİLDİ
Rusiya nümayəndəsi gələn həftə ABŞ-nin Hyuston şəhərində keçiriləcək G20 enerji nazirlərinin toplantısında iştirak edəcək.
Crossmedia.az xəbər verir ki, Reuters bu barədə məlumat yayıb.
Ağ Ev nümayəndəsinin sözlərinə görə, Rusiya rəsmisinin toplantıda iştirakı təsdiqlənib.
G20 enerji nazirlərinin toplantısının sentyabrın 14-dən 16-dək Hyustonda keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Rusiyanın G20 çərçivəsində ABŞ-də keçirilən görüşlərdə iştirakı Avropa ölkələrində narazılıq doğurur. Ötən ay Rusiyanın maliyyə naziri Anton Siluanovun Şimali Karolinada keçirilən G20 ölkələri toplantısında iştirakı da Avropa rəsmilərinin etirazına səbəb olmuşdu.
13:33 12.09.2026
Oxunuş sayı: 49