Bu şəxslər barədə məlumat versəniz 10 milyon dollar mükafat əldə edəcəksiniz
ABŞ Əl-Qaidənin yüksək vəzifəli səkkiz lideri barədə məlumat verən şəxslərə ümumilikdə milyonlarla dollar mükafat vəd edib.
Crossmedia.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin “Rewards for Justice” proqramı bu barədə məlumat yayıb.
Vaşinqtonun məlumatına görə, axtarışda olan şəxslər İrandan sığınacaq kimi istifadə edərək ABŞ və müttəfiqlərinə qarşı hücumlar hazırlayır və həyata keçirirlər.
Axtarışda olan liderlərdən biri barədə məlumat üçün mükafatın məbləği 10 milyon dollara qədər müəyyən edilib.
Bundan başqa, “Rewards for Justice” proqramı Əl-Qaidənin Hindistan yarımadasındakı qolu olan AQIS-in iki rəhbəri barədə məlumat üçün də mükafat elan edib. ABŞ hakimiyyətinin məlumatına görə, həmin şəxslər ABŞ və müttəfiqlərinə qarşı hücumların planlaşdırılması və həyata keçirilməsində iştirak ediblər.
14:34 12.09.2026
Oxunuş sayı: 42