İsrail ordusundan açıqlama: HAMAS-ın iki komandiri hədəf alındı
İsrail ordusu Qəzzada həyata keçirilən hədəfli zərbələr nəticəsində HƏMAS-ın iki komandirinin öldürüldüyünü açıqlayıb.
Crossmedia.az xəbər verir ki, İsrail ordusu bu barədə məlumat yayıb.
Məlumata görə, Xan Yunisdə Məhəmməd Əbdül Səlam əl-Yəzuri, Rəfahda isə snayper bölməsinin rəhbəri Muamən Cəbr əs-Seyid Əbu Ləbdə zərbələr nəticəsində öldürülüb.
Reuters-in məlumatına görə, HƏMAS-ın silahlı qanadı da Məhəmməd əl-Yəzurinin öldürüldüyünü təsdiqləyib. O, Xan Yunis briqadasının komandiri və təşkilatın ali rəhbərlik şurasının üzvü olub.
İsrail ordusunun açıqlamasına əsasən, zərbələr Qəzzanın müxtəlif ərazilərində HƏMAS-a qarşı əməliyyatlar çərçivəsində həyata keçirilib. Xəbərin digər detalları ilə bağlı tərəflərdən əlavə açıqlama verilməyib.
13:44 12.09.2026
Oxunuş sayı: 43