Malayziya israilliləri deportasiya edir: ABŞ etiraz etdi
Malayziyanın Baş naziri Ənvər İbrahim ölkə ərazisində aşkarlanan bütün İsrail vətəndaşlarının dərhal deportasiya olunacağını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Baş nazir bildirib ki, bu qərar Malayziyanın İsraili tanımayan uzunmüddətli dövlət siyasətinə əsaslanır.
Buna cavab olaraq ABŞ Konqresinin səkkiz üzvü dövlət katibi Marko Rubiodan Malayziya ilə münasibətlərə yenidən baxmağı tələb edib. Məlumata görə, Malayziyanın ABŞ-dakı səfiri də bununla bağlı Dövlət Departamentinə çağırılıb.
Ənvər İbrahim isə təzyiqləri rədd edərək İsrail rəhbərliyinə qarşı sərt mövqeyini qoruyacağını və onu "qanunsuz sionist qurumu" adlandırdığını bildirib.
11:56 28.07.2026
Oxunuş sayı: 45