İran səfiri: Xəzərdə vurulan gəmi hərbi yük daşımırdı
İranın Rusiyadakı səfiri Kazem Cəlali Xəzər dənizində Ukrayna Silahlı Qüvvələrinin hücumuna məruz qalan İran ticarət gəmisinin hərbi yük daşımadığını bildirib.
Crossmedia.az xəbər verir ki, diplomat bu barədə açıqlamasında danışıb.
"Bu hücum cinayətdir. Gəmi mülki idi və bəzi iddiaların əksinə olaraq, heç bir hərbi yük daşımırdı", – deyə Cəlali bildirib.
Onun sözlərinə görə, hücum barədə məlumat daxil olan kimi İranın Həştərxandakı Baş Konsulluğu dərhal fəaliyyətə keçib.
"Rusiyalı dostlarımız ekipaj üzvlərinin təhlükəli ərazidən tez bir zamanda çıxarılması üçün bizə dəstək göstərdilər. Təəssüf ki, hadisə nəticəsində vətəndaşlarımızdan biri həlak olub, bir neçə İran vətəndaşı isə yaralanıb. Həlak olan şəxsin ailəsinə başsağlığı veririk", – deyə səfir əlavə edib.
Qeyd edək ki, İran Xarici İşlər Nazirliyi iyulun 25-də Ukraynanın Xəzər dənizində İranın ticarət gəmisinə zərbə endirdiyini, nəticədə ekipaj üzvlərindən birinin həlak olduğunu açıqlamışdı.
17:04 27.07.2026
Oxunuş sayı: 50