KİV: Türkiyənin “Meteor” raketləri ilə bağlı razılaşmasının qarşısı alınıb
Türkiyənin Avropadan “Meteor” hava-hava raketləri əldə etməsi ilə bağlı razılaşmanın qarşısı alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatında məlumat yayılıb.
Məlumata görə, Afina Ankara ilə “Meteor” raketlərinin tədarükü üzrə mümkün razılaşmanın reallaşmasına mane olmaq üçün diplomatik addımlar atıb.
Yunanıstan mediasının iddiasına əsasən, Türkiyənin bu raketlərə sahib olması Egey dənizi və Şərqi Aralıq dənizi regionunda hərbi balansla bağlı narahatlıqları artırıb.
Qeyd edək ki, “Meteor” Avropanın bir sıra ölkələri tərəfindən istifadə olunan, uzaq məsafədən hava hədəflərini vurmaq üçün nəzərdə tutulan müasir “hava-hava” raket sistemlərindən biridir. Mövzu ilə bağlı tərəflərdən rəsmi açıqlama verilməyib.
12:13 27.07.2026
Oxunuş sayı: 52