Fransada meşə yanğınları: 220 min nəfər təxliyə edildi
Fransanın cənub-qərbində genişlənən meşə yanğınları səbəbindən 220 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Crossmedia.az xəbər verir ki, "Le Figaro" Jironda departamentinin prefekturasına istinadən bu barədə məlumat yayıb.
Məlumata görə, hazırda yanğın 42 min hektardan çox ərazini əhatə edib və alov Bordo şəhəri istiqamətində yayılmaqda davam edir.
Yanğınların qarşısının alınması üçün bölgədə genişmiqyaslı əməliyyat aparılır, minlərlə sakin təhlükəsizlik məqsədilə təxliyə edilib.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron daha əvvəl ölkənin bu yay İkinci Dünya müharibəsindən bəri ən çox meşə yanğınları ilə üzləşdiyini bildirmişdi.
13:27 26.07.2026
Oxunuş sayı: 64