FBI agentləri qorxu içində - Məlumatlar SIZDIRILIB
FBI-nin bütün işçilərinin şəxsi məlumatlarının oğurlanması agentlər arasında şok, qorxu və qəzəb yaradıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.Keçmiş və hazırkı agentlər bildiriblər ki, sızıntı gizlin agentlər üçün xüsusilə təhlükəlidir. Onların ev ünvanları, telefon nömrələri, ailə məlumatları və hətta tibbi sənədləri cinayətkarların əlindədir.
Haker qrupu ShinyHunters dörd gün ərzində məlumatları dərc etməklə hədələyir. Agentlər qorxurlar ki, bu məlumatlardan istifadə edərək onlara və ailələrinə hücum edilə, saxta mesajlar göndərilə və ya rüşvət tələb oluna bilər.
FBI çərşənbə günü sızıntını təsdiqləyib və araşdırma apardığını bildirib. Agentlər isə agentliyin zəif təhlükəsizlik tədbirlərinə görə qəzəblidirlər.
08:45 26.09.2026
Oxunuş sayı: 42