Vaşinqtonun İranın nüvə obyektləri ilə bağlı yeni planı ortaya çıxdı
ABŞ administrasiyası İranın nüvə obyektlərində saxlanılan zənginləşdirilmiş uran ehtiyatlarının çıxarılması məqsədilə genişmiqyaslı xüsusi əməliyyat keçirmək imkanını müzakirə edir.
Crossmedia.az xəbər verir ki, "New York Post" bu barədə məlumat yayıb. Nəşr ABŞ-də hərbi planlaşdırma ilə tanış mənbələrə istinadən yazır ki, mümkün əməliyyat İranın nüvə obyektlərindən zənginləşdirilmiş uranın götürülməsini nəzərdə tutur.
Məlumata görə, belə bir əməliyyata minlərlə ABŞ hərbçisinin, xüsusi təyinatlı qüvvələrin, mühəndis bölmələrinin və nüvə materialları üzrə mütəxəssislərin cəlb olunması ehtimal edilir.
Nəşr bildirir ki, planın həyata keçirilməsi üçün geniş hərbi və texniki imkanlardan istifadə tələb oluna bilər. Əməliyyatın miqyası və detalları ilə bağlı yekun qərarın qəbul edildiyi barədə məlumat yoxdur.
Hazırda bu ssenarinin ABŞ administrasiyasında nəzərdən keçirilən mümkün variantlardan biri olduğu qeyd edilir.
10:24 26.07.2026
Oxunuş sayı: 62