Tramp ABŞ ordusuna İrana zərbələri dayandırmaq əmri verib
ABŞ Prezidenti Donald Tramp Amerika hərbçilərinə İrana qarşı hücumları dayandırmaq barədə göstəriş verib.
Crossmedia.az xəbər verir ki, “Axios”un məlumatına görə, bu qərar ABŞ-nin İrana qarşı təxminən iki həftə davam edən gündəlik zərbələrinə son qoyub.
Bildirilib ki, qərar Oman nümayəndələrinin Tehranda danışıqlar apardığı vaxt qəbul edilib. Məlumata görə, Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı mümkün razılaşmaya doğru müəyyən irəliləyiş əldə olunub.
Danışıqların detalları və atəşkəs qərarının uzunmüddətli olub-olmayacağı barədə əlavə məlumat verilməyib.
21:58 25.07.2026
Oxunuş sayı: 57