Rumıniya F-16 qırıcısı ölkənin hava məkanını pozan PUA-nı vurdu
Rumıniya Prezidenti Nikuşor Dan ölkənin hava məkanını pozan növbəti pilotsuz uçuş aparatının (PUA) Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı tərəfindən məhv edildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, "Agerpres" bu barədə məlumat yayıb.
Nikuşor Dan bildirib ki, PUA Rumıniyanın hava məkanını qanunsuz şəkildə pozduqdan sonra ona qarşı F-16 qırıcısı cəlb olunub və pilotsuz aparat vurulub.
Rumıniya Prezidenti insidentlə bağlı əlavə təfərrüatlar açıqlamayıb. PUA-nın mənsubiyyəti və hadisənin baş verdiyi ərazi barədə rəsmi məlumat verilməyib.
17:06 25.07.2026
Oxunuş sayı: 66