Kavelaşvili: Gürcüstan başqa ölkələrə hücum etmir
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ölkəsinin xarici siyasətinin milli maraqların qorunması və digər dövlətlərlə bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslandığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.
Kavelaşvilinin sözlərinə görə, Gürcüstan heç bir ölkəyə qarşı aqressiv siyasət yürütmür və bütün dövlətlərlə qarşılıqlı etimad, hörmət və qarşılıqlı fayda prinsipləri əsasında münasibətlər qurmağa hazırdır.
"Biz başqa ölkələrə hücum etmirik, ölkəmizin maraqlarını qoruyuruq. Bütün dövlətlərlə qarşılıqlı etimad, hörmət və qarşılıqlı fayda əsasında münasibətlər qurmağa hazırıq. İndi dövlət vahid mövqedən çıxış edir və bu, mövqeyimizi ifadə etməyi asanlaşdırır. Biz sınaqlardan keçdik və onlara tab gətirdik. Biz müstəqil, suveren və ləyaqətli dövlətik, hər bir ölkə ilə bərabərlik prinsipi əsasında siyasət yürütməyə hazırıq", – deyə Kavelaşvili bildirib.
11:13 25.07.2026
Oxunuş sayı: 53