KİV: Bəhreyn və Küveyt iyulda İrana gizli zərbələr endirib
Bəhreyn və Küveyt Hərbi Hava Qüvvələri iyul ayında İranın hərbi obyektlərinə, o cümlədən raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı məntəqələrə gizli hava zərbələri endirib.
Crossmedia.az xəbər verir ki, "The Wall Street Journal" bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, əməliyyat zamanı Birləşmiş Ərəb Əmirlikləri kəşfiyyat məlumatları təqdim edib.
Məqalədə bildirilir ki, zərbələr İranın raket və pilotsuz uçuş aparatları ilə bağlı hərbi infrastrukturunu hədəf alıb.
09:32 25.07.2026
Oxunuş sayı: 65