Almaniyadan İranla bağlı təcili çağırış: Ölkəni tərk edin
Almaniya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına İranı dərhal tərk etmələri barədə çağırış edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirliyin açıqlamasında İranda qalan Almaniya vətəndaşlarına təhlükəsizlik tədbirlərinə riayət etmək və mümkün qədər tez ölkəni tərk etmək tövsiyə olunub.
Qərarın səbəbləri ilə bağlı əlavə məlumat verilməyib.
19:38 24.07.2026
Oxunuş sayı: 57