SEPAH Yaxın Şərq ölkələrinə təcili xəbərdarlıq edib
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərq ölkələrinə müraciət edərək mülki əhalini ABŞ hərbçilərinin ola biləcəyi obyektlərdən uzaq durmağa çağırıb.
Crossmedia.az xəbər verir ki, "Telegraph Agency" bu barədə məlumat yayıb.
SEPAH bəyan edib ki, ABŞ hərbçilərinin gizli şəkildə yerləşdirildiyi ehtimal olunan obyekt və binalar dərhal tərk edilməlidir.
"ABŞ hərbçilərinin gizli yerləşdirildiyi ehtimal olunan obyekt və binaları dərhal tərk edin və həmin məkanlardan ən azı 500 metr məsafədə olun", – deyə müraciətdə bildirilib.
SEPAH-ın bu çağırışı bölgədə artan hərbi gərginlik fonunda səsləndirilib.
17:44 24.07.2026
Oxunuş sayı: 55