Tramp bu ölkənin liderlərini "dəli" adlandırdı
ABŞ-nin Prezidenti Donald Tramp İranla müharibənin gözlənildiyindən daha uzun sürməsinə görə narazılığını artırır.
Crossmedia.az xəbər verir ki, "The Wall Street Journal" bu barədə ABŞ administrasiyasındakı adları açıqlanmayan rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, İranla müharibə beşinci ayına daxil olduqca Trampın məyusluğu da artır. Nəşr yazır ki, ABŞ lideri əvvəllər münaqişənin bir neçə həftə ərzində başa çatacağını düşündüyü halda, hazırda onun nə vaxt bitəcəyinin görünməməsi narazılığa səbəb olur.
Mənbənin bildirdiyinə görə, yaxın vaxtlarda Oval kabinetdə keçirilən görüşlərin birində Donald Tramp İran rəhbərlərini sərt şəkildə tənqid edib. O, onları təhqiramiz ifadələrlə, o cümlədən “alçaqlar” və “dəli” adlandırıb, həmçinin nalayiq sözlər işlədib.
11:21 24.07.2026
Oxunuş sayı: 28