ABŞ-dən gözlənilməz şərt: Ər-Riyad İsraillə bağlı qərar verməlidir
ABŞ Ağ Evi bildirib ki, Səudiyyə Ərəbistanı ilə mümkün nüvə sazişinin əldə olunması Ər-Riyadın “İbrahim razılaşmaları”na qoşulmasından asılıdır.
Cossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Açıqlamada qeyd olunub ki, Vaşinqton Səudiyyə Ərəbistanının İsraillə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan bu razılaşmalara qoşulmasını mühüm şərtlərdən biri hesab edir.
ABŞ və Səudiyyə Ərəbistanı arasında nüvə enerjisi sahəsində əməkdaşlıqla bağlı danışıqlar davam edir.
23:14 23.07.2026
Oxunuş sayı: 31