Aİ həyəcan təbili çaldı: Gəmilər Yəmən sahillərindən uzaq dursun!
Avropa İttifaqının Qırmızı dənizdə gəmiçiliyin təhlükəsizliyini təmin edən missiyası bölgədə hərəkət edən gəmilərə Yəmən sahillərindən uzaq durmaq çağırışı edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bəyanatda bildirilib ki, ABŞ, İsrail və Səudiyyə Ərəbistanı ilə əlaqəli gəmilər təhlükə səviyyəsi azalana qədər Qırmızı dəniz və ya Ədən körfəzi marşrutlarından istifadə etməməlidirlər.
Missiya bölgədə təhlükəsizlik risklərinin yüksək olaraq qaldığını vurğulayıb.
23:58 22.07.2026
Oxunuş sayı: 50