Wildberries terror aktından sonra minlərlə satıcıya ödəniş edəcək
Wildberries şirkətinin rəhbəri Tatyana Kim şirkətin obyektlərinə və əməkdaşlarına qarşı hücumu beynəlxalq terror aktı adlandırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, məhsulların daşınması üzrə xidmətlərin fəaliyyəti yaxın 24 saat ərzində normallaşdırılacaq. Şirkət anbarlarına baş verən hücumdan sonra satıcılara ödənişlərə başlayıb və 88 mindən çox sahibkarın hesabına vəsait köçürüləcək.
Tatyana Kim qeyd edib ki, Wildberries alıcılar üçün xidmət səviyyəsini qorumaq məqsədilə logistika proseslərini yenidən qurur. Onun sözlərinə görə, Tambov vilayətində yerləşən şirkət anbarı zərər görməyib və yaxın zamanda fəaliyyətini bərpa edəcək.
Şirkət rəhbəri bildirib ki, Wildberries-in anbar kompleksləri sığortalansa da, mövcud sığorta paketləri terror risklərini və PUA hücumlarını əhatə etmir. O, terror aktlarından sığortalanma üzrə xüsusi sistemin hazırlanmasının vacib olduğunu vurğulayıb.
Kim əlavə edib ki, şirkət əməkdaşların təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görür. Wildberries sahibkarlarına isə VTB və Sber tərəfindən dəstək göstəriləcək.
22:18 22.07.2026
Oxunuş sayı: 52