"The Guardian": "764" adlı şəbəkə uşaqları zorakılığa cəlb edir
Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərdiyi bildirilən "764" adlı onlayn şəbəkənin azyaşlıları zorakılıq, özünə xəsarət yetirmə və digər cinayətlərə cəlb etdiyi iddia olunur.
Crossmedia.az "The Guardian"a istinadən xəbər verir ki, araşdırmaya görə, şəbəkə əsasən oyun platformaları və onlayn icmalar vasitəsilə yeniyetmələri hədəf alır. Bildirilir ki, uşaqlar şantaj və psixoloji təzyiq yolu ilə özlərinə xəsarət yetirməyə və cinayət xarakterli əməllər törətməyə məcbur edilirlər.
Nəşrin məlumatına əsasən, bu şəbəkə ilə əlaqəli işlər üzrə indiyədək 33 ölkədə 295-dən çox şəxs saxlanılıb. ABŞ Federal Təhqiqat Bürosu (FBI) isə bu fenomeni "nihilist ekstremizmi" kimi qiymətləndirir.
02:30 23.07.2026
Oxunuş sayı: 56