Rusiyada sürücüləri sevindirən xəbər gəldi: yanacaq qaydaları yeniləndi
Rusiyanın Oryol vilayətinin hakimiyyət orqanları avtomobillərin cüt və tək dövlət nömrələrinə görə fərqli günlərdə yanacaq doldurması qaydasını ləğv edib.
Crossmedia.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Andrey Klıçkov məlumat verib.
Onun sözlərinə görə, yanacaqdoldurma məntəqələrində yaranan növbələrlə bağlı vəziyyət sabitləşib və artıq bir həftədən çoxdur ki, belə problemlər müşahidə olunmur.
Bununla əlaqədar olaraq, əvvəllər tətbiq edilən nömrə məhdudiyyətlərinə ehtiyac qalmayıb.
21:00 16.07.2026
Oxunuş sayı: 58