KİV: Rusiya zərbələri Ukraynanın Qara dəniz limanlarından taxıl ixracını azaldıb
Rusiyanın Ukraynanın Qara dəniz limanlarına endirdiyi zərbələr Kiyevin taxıl ixracı imkanlarını əhəmiyyətli dərəcədə azaldıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" Ümumukrayna Aqrar Şurasının məlumatlarına istinadən yazıb.
Məlumata görə, Ukraynanın aylıq taxıl yükləmə gücü 6 milyon metrik tondan təxminən 4 milyon metrik tona enib.
Agentlik qeyd edir ki, taxıl ixracı Ukrayna üçün xarici valyuta daxilolmalarının ən böyük mənbəyi olaraq qalır. Hazırda taxıl tədarükünün təxminən 90 faizi Odessa vilayətində yerləşən üç liman vasitəsilə həyata keçirilir.
09:23 16.07.2026
Oxunuş sayı: 52