Pentaqon 20 ildən sonra ilk dəfə F-35 hesabatının dərcini bloklayıb
ABŞ Müharibə Nazirliyi (Pentaqon) 20 ildən çox müddətdə ilk dəfə Konqresin tələbi ilə hazırlanan F-35 qırıcılarının istehsal proqramı üzrə illik hesabatın yayımlanmasına mane olub.
Crossmedia.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, ABŞ Konqresi yanında Hökumət Hesabatlılığı İdarəsinin nümayəndəsi bildirib ki, qurum 2005-ci ildən etibarən Konqresin məcburi yoxlamaları başladıqdan sonra hər il F-35 proqramı üzrə satınalma prosesini izləyib və hesabat hazırlayıb.
Bildirilib ki, bu il ilk dəfə yoxlamalar zamanı ictimaiyyətə açıqlanması qadağan olunan məxfi məlumatlar aşkarlanıb.
Məhz bu səbəbdən hesabatın dərcinin qarşısı alınıb. F-35 proqramı ABŞ-ın ən bahalı hərbi layihələrindən biri hesab olunur.
20:56 15.07.2026
Oxunuş sayı: 58