Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb
Rusiya ordusunun oktyabrın 14-də Ukraynanın paytaxtı Kiyevə hava hücumu zamanı bir azərbaycanlı ailənin də mənzili ziyan görüb.
Crossmedia.az xəbər verir ki, Desnyanski rayonunda Beydullayevlərə məxsus mənzil dağıntılara məruz qalıb.
Belə ki, ballistik raket binanın yanına düşüb. Zərbələr zamanı ailənin oğlu Ismixan Beydullayev evdə olub. Xoşbəxtlikdən onun həyatı təhlükəsizlikdədir.
Ümumilikdə Kiyevdə ölənlərin sayı 5, yaralananların sayı 20 nəfərə çatıb.(Report)
20:05 14.10.2026
Oxunuş sayı: 60