Filippo: Bolqarıstanın qərarı Makron və fon der Lyayen üçün zərbə oldu
Fransanın sağçı "Patriotlar" Partiyasının lideri Florian Filippo Bolqarıstanın "istəklilər koalisiyası" adlandırılan təşəbbüsdə iştirakdan imtina etməsini Fransa Prezidenti Emmanuel Makron və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen üçün ciddi uğursuzluq adlandırıb.
Crossmedia.az xəbər verir ki, Florian Filippo bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
Filippo paylaşımında Bolqarıstanın qərarını sülh naminə mühüm addım kimi qiymətləndirib.
"Bu, sülh üçün əla xəbərdir! Makron və fon der Lyayen üçün isə əsl fəlakətdir", – deyə o bildirib.
Fransalı siyasətçi əlavə edib ki, Bolqarıstan bu qərarı ilə "Makronun üzünə qapını bağlayıb".
17:33 15.07.2026
Oxunuş sayı: 49