SEPAH: ABŞ və İsrailin dəstəklədiyi qruplar zərərsizləşdirilib
İran hərbçiləri ölkənin cənub-şərq və şimal-qərbində keçirilən preventiv əməliyyat zamanı ABŞ və İsrail tərəfindən dəstəkləndiyi iddia edilən silahlı qruplaşmaları məhv etdiklərini açıqlayıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanı Məhəmməd Kərəmi məlumat verib.
Kərəminin sözlərinə görə, əməliyyat İranın cənub-şərq və şimal-qərb bölgələrində həyata keçirilib.
SEPAH komandiri bildirib ki, əməliyyat nəticəsində ABŞ və İsrailin dəstəklədiyi iddia olunan silahlı qruplaşmalar zərərsizləşdirilib.
Açıqlamada əməliyyatın detalları, məhv edilən qruplaşmaların sayı və mümkün itkilərlə bağlı əlavə məlumat verilməyib. ABŞ və İsrail tərəfi isə İranın bu iddialarına hələlik münasibət bildirməyib.
13:06 09.07.2026
Oxunuş sayı: 63