İsrailli nazir: Türkiyəyə F-35 satılmamalıdır
İsrail Türkiyəyə F-35 qırıcılarının satışına qarşıdır və bunun qarşısını almaq üçün ABŞ administrasiyası ilə intensiv məsləhətləşmələr aparır.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrailin maliyyə naziri Bezalel Smotriç açıqlama verib.
Smotriç Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı çox təhlükəli adlandıraraq, hazırkı şəraitdə Türkiyənin İsrail üçün ciddi təhlükə yaratdığını iddia edib.
Onun sözlərinə görə, İsrail həm açıq, həm də qapalı danışıqlarda ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə Türkiyəyə F-35 qırıcılarının satışının qarşısını almaq üçün bütün imkanlardan istifadə edir.
Nazir bildirib ki, Ərdoğanın bölgədə güc balansını əsaslı şəkildə dəyişə biləcək silahlara çıxış əldə etməsinə imkan verilməməlidir.
11:49 09.07.2026
Oxunuş sayı: 49