Rusiya Azərbaycanı seçkilərə müşahidəçi göndərməyə dəvət edib
Rusiya Federasiya Şurası Azərbaycanın 2026-cı il sentyabrın 18–20-də keçiriləcək Dövlət Dumasına seçkilərdə müşahidəçi qismində iştirak edəcəyinə ümid etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə görüşdə deyib.
Yatskin qeyd edib ki, Rusiya tərəfi Azərbaycan nümayəndələrinin seçki prosesinin müşahidəsində iştirakını gözləyir.
Məlumata görə, məsələ Andrey Yatskinlə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev arasında keçirilən görüş zamanı müzakirə olunub.
11:26 09.07.2026
Oxunuş sayı: 53