Qazaxıstan yanacaq qaçaqmalçılığına qarşı sərhəddə 59 post yaradıb
Qazaxıstan Daxili İşlər Nazirliyi yanacağın qanunsuz ölkədən çıxarılmasının qarşısını almaq məqsədilə dövlət sərhədində 59 polis postu yaradıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, ilin əvvəlindən avtomobillərdə qanunsuz şəkildə quraşdırılmış əlavə yanacaq çənlərindən istifadə ilə bağlı 255 fakt aşkarlanıb.
Bildirilib ki, qayda pozuntusuna yol verənlərin hamısı inzibati məsuliyyətə cəlb olunub. Onlardan 195-i xarici ölkə vətəndaşı, 60-ı isə Qazaxıstan vətəndaşıdır.
Qurum qeyd edib ki, görülən tədbirlər ölkədə yanacaq ehtiyatlarının qorunması və qanunsuz yanacaq daşınmasının qarşısının alınmasına yönəlib.
12:18 09.07.2026
Oxunuş sayı: 60