Xamenei ilə Kərbəlada vida mərasimi keçirilib
İranın ali dini lideri Əli Xameneinin cənazəsi ilə İraqın Kərbəla şəhərində vida mərasimi keçirildikdən sonra İrana göndərilib.
Crossmedia.az xəbər verir ki, bu barədə İran mənbələri məlumat yayıb.
Məlumata görə, cənazə Kərbəladakı Əbül-Fəzl əl-Abbas məqbərəsinin ətrafında keçirilən dini mərasimdən sonra Nəcəf hava limanına aparılıb və oradan İrana yola salınıb.
Bildirilir ki, İranın Məşhəd şəhərində Xamenei ilə son vida mərasiminə hazırlıq işləri görülür.
11:18 09.07.2026
Oxunuş sayı: 57