Türkiyə və Böyük Britaniya müdafiə sazişi imzaladı
Türkiyə və Böyük Britaniya təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlıq haqqında saziş imzalayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə mənbələri məlumat yayıb.
Məlumata görə, sənəd müdafiə, hərbi sənaye, kibertəhlükəsizlik, terrorizmlə mübarizə və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Tərəflər sazişin iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsinə və regional təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafına töhfə verəcəyini bildiriblər.

10:49 09.07.2026
Oxunuş sayı: 45