Hörmüz boğazında tanker daşımaları faktiki dayanıb
Hörmüz boğazı vasitəsilə neft daşıyan tanker gəmilərinin hərəkəti faktiki olaraq dayanıb.
Crossmedia.az xəbər verir ki, bunu "Rystad Energy" şirkətinin geosiyasi təhlil şöbəsinin rəhbəri Xorxe Leon bildirib.
Leonun sözlərinə görə, bölgədə yaranmış gərginlik fonunda Hörmüz boğazından tanker daşımaları demək olar ki, tamamilə dayanıb.
O bildirib ki, vəziyyət qlobal enerji bazarına və neft tədarükünə ciddi təsir göstərə biləcək risklər yaradır.
10:43 09.07.2026
Oxunuş sayı: 54