Tramp təyyarəsini niyə dəyişib? - Özü açıqladı
ABŞ Prezidenti Donald Tramp NATO-nun Türkiyədə keçirilən sammitindən qayıdarkən təyyarəsini dəyişməsinin səbəbini açıqlayıb.
Crossmedia.az "Reuters"ə istinadən xəbər verir ki, o, bunu Böyük Britaniyadakı hərbçilərə Qətərin hədiyyə etdiyi "Boeing 747-8" təyyarəsini göstərmək istəyi ilə izah edib.
Tramp ABŞ-yə qayıdarkən jurnalistlərin Ankaradan köhnə prezident təyyarəsi ilə uçmasının təhlükəsizlik narahatlığı yaradıb-yaratmadığı barədə sualına "Xeyr, niyə yaratsın ki?" cavabını verib.
Məlumata görə, ABŞ prezidenti təyyarəni Böyük Britaniyanın şərqində yerləşən Mildenholl ABŞ aviabazasında dəyişib. Bundan əvvəl isə o, Türkiyədən ənənəvi prezident təyyarəsi ilə yola düşmüşdü.
Söhbət Qətər kral ailəsinin ABŞ-yə hədiyyə etdiyi və təxminən 400 milyon dollar dəyərində qiymətləndirilən "Boeing 747-8" təyyarəsindən gedir.
Qeyd olunur ki, bu təyyarənin dəyəri son 25 ildə ABŞ prezidentlərinin qəbul etdiyi bütün hədiyyələrin ümumi dəyərindən təxminən 100 dəfə çoxdur.
09:54 09.07.2026
Oxunuş sayı: 56