DÇ-2026: Bu gün 1/8 final mərhələsinə yekun vurulacaq
Futbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinin son oyunları baş tutacaq.
Crossmedia.az xəbər verir ki, günün ilk qarşılaşmasında Argentina millisi Misir yığması ilə üz-üzə gələcək. Digər oyunda isə İsveçrə seçməsi Kolumbiya komandası ilə münasibətlərinə aydınlıq gətirəcək.
Hər iki görüşün qalibi dörddəbir final mərhələsinə yüksələrək növbəti raundun son iki vəsiqəsinin sahibinə çevriləcək. Bununla da dünya çempionatının 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşəcək.
Dünya çempionatı
1/8 final
7 iyul
20:00. Argentina – Misir
8 iyul
00:00. İsveçrə – Kolumbiya
Bu oyunlardan sonra turnirdə mübarizəni davam etdirəcək səkkiz komanda tam müəyyənləşəcək.
09:56 07.07.2026
Oxunuş sayı: 59