Trampdan İranla bağlı şok açıqlama: Müharibə seçkilərdən əvvəl bitə bilər
ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin Konqresə aralıq seçkilərindən əvvəl başa çata biləcəyini istisna etməyib.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Tramp Nebraskada seçicilər qarşısında çıxışı zamanı bildirib ki, münaqişə istənilən halda çox tez başa çata bilər. Onun sözlərinə görə, bunun aralıq seçkilərindən bir qədər əvvəl və ya bir qədər sonra baş verməsi mümkündür.
ABŞ prezidenti çıxışında Los-Anceles və San-Dieqonun məhv edilməsinin belə münaqişənin tezliklə başa çatması fonunda “çox kiçik qiymət” olacağını deyib.
ABŞ-də Konqresə növbəti aralıq seçkilərinin 2026-cı ilin noyabrında keçirilməsi gözlənilir.
11:34 06.10.2026
Oxunuş sayı: 63