Azərbaycan-Qazaxıstan kabel layihəsi tamamlanır
Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə çəkilən Trans-Xəzər fiber-optik kabel xəttinin tikintisinin oktyabr ayında başa çatdırılması planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, Qazaxıstanın Baş nazirinin müavini, süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiyev hökumətin iclasında bildirib.
O deyib ki, Sumqayıt sahilindən Aktau sahilinədək 390 kilometr fiber-optik kabel çəkilib.
Layihə Qazaxıstanın “Kazakhtelecom” və Azərbaycanın “AzerTelecom” şirkətləri tərəfindən həyata keçirilir.
Trans-Xəzər fiber-optik kabel xətti Avropa ilə Asiya arasında yüksək sürətli məlumat ötürülməsi üçün alternativ rəqəmsal marşrut yaradacaq.
Layihə “Rəqəmsal İpək Yolu” təşəbbüsünün əsas komponentlərindən biridir. Kabel xəttinin maksimal ötürmə qabiliyyətinin 400 Tbit/s-ə qədər olacağı bildirilir.
11:01 06.10.2026
Oxunuş sayı: 90