Rusiya neftinin qiyməti endi - KİV
Rusiya istehsalı olan Urals markalı neftin qiyməti Yaxın Şərqdə müharibənin başlanmasından əvvəlki səviyyəyə enib.
Crossmedia.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Nəşrin hesablamalarına görə, iyulun ilk üç günü ərzində Rusiyanın qərb limanlarından yüklənən Urals neftinin orta qiyməti bir barel üçün 41,66 dollar təşkil edib.
Məlumata görə, qiymətlərin azalması qlobal enerji bazarında vəziyyətin sabitləşməsi və Yaxın Şərqdə yaranmış gərginliyin neft bazarına təsirinin zəifləməsi fonunda baş verib.
10:09 07.07.2026
Oxunuş sayı: 54